Hacıqabulda avtomobilin vurduğu 22 yaşlı gənc dünyasını dəyişib
Hadisə
- 10 yanvar, 2016
- 16:59
Bakı. 10 yanvar. REPORT. AZ / Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Nəvahi kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 22 yaşlı Rauf Rövşən oğlu Rəhimovu yolu keçmək istərkən "Mercedes" markalı avtomobil vurub.
Nəticədə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı hadisə yerindəcə dünyasını dəyişib.
Meyit daxili və xarici müayinə olunmaq üçün təcili yardım maşını ilə Şirvan şəhər məhkəmə tibbi ekspertizasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
02:51
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
Digər ölkələr02:16
Türkiyə "S-400"ləri başqa ölkəyə vermək üçün danışıqları davam etdirir
Region01:39
İrana qayıdan Pezeşkian ABŞ səfəri ilə bağlı açıqlama verib
Region01:21
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yayıb
Xarici siyasət01:12
Foto
Brüsseldə Anım Günü ilə bağlı tədbir keçirilib
Xarici siyasət00:56
UEFA Millətlər Liqasında I turun növbəti oyunları keçirilib
Futbol00:27
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
Hadisə00:11
Salyanda "TIR" avtomobillə toqquşub, 5 nəfər xəsarət alıb
Hadisə00:00