Hacıqabulda 29 yaşlı gənc yol qəzasında ağır xəsarət alıb

Hadisə
  • 16 noyabr, 2023
  • 00:17
Hacıqabulda 29 yaşlı gənc yol qəzasında ağır xəsarət alıb

Hacıqabul rayonunda 29 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində xəsarət alan şəxs 1994-cü il təvəllüdlü Quliyev Pərvin Əlövsət oğludur.

Yaralı təcili tibbi yardımın köməkliyilə Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə