Hacıqabul sakinindən sənədləri olmayan silah götürülüb

Hadisə
  • 19 sentyabr, 2018
  • 10:58
Hacıqabul sakinindən sənədləri olmayan silah götürülüb

Hacıqabul. 19 sentyabr. REPORT.AZ/ Hacıqabulda sənədləri olmayan silah gəzidrən şəxsə qarşı əməliyyat keçirilib.

"Report"un Şirvan bürosunun məlumatına görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qarasu kənd sakini Nicat Abdullayevin evindən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi və 2 ədəd patron aşkar edilərək götürülüb.