Gürcüstanın müdafiə naziri Ermənistanın XİN başçısı ilə müzakirələr apardı

Hadisə
  • 28 fevral, 2020
  • 10:48
Gürcüstanın müdafiə naziri Ermənistanın XİN başçısı ilə müzakirələr apardı

Ermənistanda rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili bu ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin əhəmiyyəti vurğulanıb. Tərəflər bölgədə təhlükəsizlik məsələlərini də müzakirə ediblər.

Qeyd edək ki, İ.Qaribaşvili səfər çərçivəsində ermənistanlı həmkarı David Tonoyan, baş nazir Nikol Paşinyan və ermənilərin katalikosu II Qareginlə də görüşüb. 

44 - Tezliklə