Gürcüstanda tikintidə yıxılan Azərbaycan vətəndaşının vəziyyəti ağır olaraq qalır
Hadisə
- 05 noyabr, 2019
- 08:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın Kutaisi şəhərində tikinti meydançasında yıxılaraq xəsarət alan 28 yaşlı Azərbaycan vətəndaşının vəziyyəti ağır olaraq qalır.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə şəhər xəstəxanasından bildirilib.
Qeyd olunub ki, Azərbaycan vətəndaşı ağır xəsarətlər alıb və üzərində bir neçə əməliyyat aparılıb.
Qeyd edək ki, Kutaisidəki tikinti sahəsində insident oktyabrın 27-də baş verib. Tikintidə çalışan Azərbaycan vətəndaşı ehtiyatsızlıqdan tikilməkdə olan binanın dördüncü mərtəbəsindən yıxılıb. Binanın Gürcüstan Daxili İşlər Nazirliyinin sifarişi əsasında inşa olunduğu bildirilir.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.
Son xəbərlər
20:42
SOCAR "S&P Global"ın 2026-cı il Korporativ Dayanıqlılıq Qiymətləndirməsi üzrə ESG reytinqi əldə edib
Energetika20:40
Şəkidə avtoqəza olub, sürücü ölüb
Hadisə20:28
Video
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Xarici siyasət20:25
Almaniya ehtiyatlardan 15 milyon barelə qədər yanacaq və neft buraxacaq
Energetika20:14
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib
Digər ölkələr20:07
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib
Digər ölkələr19:57
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb
İnfrastruktur19:48
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib
Digər ölkələr19:41