"Günəşli" yatağındakı qəzada itkin düşənlərin axtarışı ilə bağlı son məlumatlar açıqlanıb
- 08 dekabr, 2015
- 07:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 dekabr. REPORT.AZ/ Dekabrın 4-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşənlərin axtarışı istiqamətində bütün cəhdlərə baxmayaraq, bu gün saat 11:00-a olan məlumata görə, hələlik nəticə əldə olunmayıb. "Report" xəbər verir ki, "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov bildirib.
O qeyd edib ki, səhər saatlarından helikopterlər axtarış işlərinə başlayıb. "Helikopterlərin işə cəlb olunması ümid verir ki, neftçilərin tapılması istiqamətində nəticə əldə olunacaq". Baş mühəndisin sözlərinə görə, FHN-in 4 helikopteri və Sərhəd Mühafizə Xidmətinin iki helikopteri və 5 gəmisi cəlb olunub.
"Neft daşları" yatağında itkin düşmüş 3 nəfərin axtarışı 3 istiqamətdə davam etdirilir. Axtarış Geofizika gəmisi, helikopter və dalğıclarla aparılır. O qeyd edib ki, yanğının söndürülməsi ilə əlaqədar işlər 24 saat davam edib. "Hazırda tərtibat meydançanın üzərinə yerləşdirilib, onun quraşdırılması həyata keçirilir. Yeni gəmi cəlb olunub. Saatda 1500-2000 kubmetr su vurma gücündə olan nasos quraşdırılacaq. Yanğın hazırda bir neçə qaz quyusunda davam edir".