Güclü külək Zaqatalada elektrik təsərrüfatına ziyan vurub
Hadisə
- 05 noyabr, 2024
- 19:02
Güclü külək Zaqatalada elektrik təsərrüfatına ziyan vurub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun mərkəzindəki küçələrdə irigövdəli ağaclar yıxılıb, budaqları qırılaraq yola tökülüb.
Nəticədə ərazidən keçən elektrik naqilləri qırılıb. Bu səbəbdən rayon mərkəzinin və ətraf kəndlərin bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Bununla yanaşı, beşmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsi qoparaq yerə düşüb.
Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
Son xəbərlər
03:21
Oman sahillərində neft tankerinə hücum edilib
Digər ölkələr02:46
Möhsün Rezai: ABŞ-yə etibar etmirik
Region02:09
Tramp ticarət müharibəsi fonunda Kanadaya qarşı ritorikanı gücləndirir
Digər ölkələr01:38
Fransada fırtına zamanı 26 nəfər xəsarət alıb
Digər ölkələr01:17
Kanada yeni buzqıran gəmilərə 8 milyard dollar xərcləyəcək
Digər ölkələr00:55
İran ABŞ-nin sanksiyalarına hazır olduğunu bildirib
Region00:27
Ukrayna ilə Britaniya bəzi süni intellekt alətlərini birgə hazırlayacaq
Digər ölkələr23:57
Məsud Pezeşkian və Asim Munir ABŞ-İran danışıqlarını müzakirə ediblər
Region23:44