Güclü külək Cəlilabadda fəsadlar törətdi
Hadisə
- 16 yanvar, 2021
- 17:48
Bu gün əsən güclü külək Cəlilabad rayonunda bir sıra fəsadlara səbəb olub.
"Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad şəhərində Rauf İsayevə məxsus talvarın örtüyü uçub. Eyni zamanda onun həyətinin divarlarının da bir hissəsi uçub.
Rayonun Ocaqlı kəndində bir neçə sakinə məxsus istixanaya ziyan dəyib. Külək istixanaların örtüklərini sıradan çıxarıb.
Təbii hadisə nəticəsində rayonun bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Xoşbəxtlikdən güclü külək nəticəsində hər hansı bədbəxt hadisə baş verməyib.
Son xəbərlər
06:43
ABŞ-də "Claude" süni intellekt modeli menecer kimi əməkdaşı işdən çıxarıb
Maraqlı06:17
Kolumbiyada mədəndə partlayış olub, ölənlər var
Digər ölkələr05:36
Britaniya hakimiyyəti sakinlərə təcili xəbərdarlıqlar göndərib
Digər ölkələr05:07
Britaniyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
Digər ölkələr04:51
ABŞ-də baş verən atışmada beş nəfər ölüb
Digər ölkələr04:15
İndoneziya sahillərində güclü zəlzələ olub, sunami xəbərdarlığı edilib
Digər ölkələr03:42
Tramp Harrisə yenidən ABŞ prezidentliyinə namizədliyini irəli sürməsini təklif edib
Digər ölkələr03:13
Foto
İtaliyada Renuar, Sezan və Matisin oğurlanmış rəsmləri tapılıb
Digər ölkələr02:39