Tramp Harrisə yenidən ABŞ prezidentliyinə namizədliyini irəli sürməsini təklif edib

Digər ölkələr
  • 15 avqust, 2026
  • 03:42
Tramp Harrisə yenidən ABŞ prezidentliyinə namizədliyini irəli sürməsini təklif edib

ABŞ Prezidenti Donald Tramp siyasi rəqiblərinə Demokratlar Partiyasından Kamala Harrisin yenidən prezidentliyə namizədliyinin irəli sürmələrini təklif edib.

"Report"un məlumatına görə, Amerika lideri bu barədə Nassau dairəsindəki polis akademiyasında çıxışında bildirib.

Tramp qeyd edib ki, ABŞ-nin keçmiş prezidenti Co Baydenin administrasiyasında vitse-prezident vəzifəsində çalışan Harris, digər məsələlərlə yanaşı, sərhəd nəzarətinə də cavabdeh idi.

"Amma o, heç vaxt sərhədə getməyib, Gömrük və Sərhəd Mühafizəsinə zəng etməyib. Amma o, qalan işlərini gözəl görüb", - Tramp istehza ilə bildirib.

"O, əla namizəd idi. Düşünürəm ki, onun namizədliyini yenidən irəli sürməlidirlər", - Amerika lideri əlavə edib.

Xatırladaq ki, Tramp 2024-cü ilin noyabrında ABŞ-nin prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harrisi məğlub edərək ikinci dəfə qalib gəlib.