Göygöldə iki nəfəri bıçaqlayan şəxs saxlanıldı
Hadisə
- 20 may, 2020
- 16:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Göygöl rayonunun Zurqes kəndində 25 yaşlı Yusif Rəhimov və 28 yaşlı G.Hüseynova bıçaqlanıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hər iki şəxs əvvəlcə Göygöl Rayon Mərkəzi Xəstəxanasına aparılıb, daha sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Hazırda cərrahiyyə əməliyyatı keçirən yaralılardan birinin vəziyyəti orta-ağır, digərininki isə kafi olaraq qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən, 2002-ci il təvəllüdlü Aslan Musa oğlu Verdiyev saxlanılaraq istintaqa cəlb olunub.
Qeyd edək ki, Y.Rəhimov A.Verdiyevin xalası qızının keçmiş həyat yoldaşıdır. Hadisənin şəxsi münaqişə zəminində törədildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
17:27
Azərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərcləri 21 %-dən çox artırıb
Biznes
17:20
Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib
Digər ölkələr
17:15
Lavrov: Rusiya və Ukrayna Əbu-Dabidə münaqişənin həlli prinsiplərinin razılaşdırılmasını müzakirə edəcək
Region
17:07
Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb
Futbol
17:06
Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci 32 % artırıb
Biznes
17:00
Foto
Brüsseldə Zəfər Günü qeyd olunub
Xarici siyasət
16:50
Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir
Ekologiya
16:38
Türkiyədə 4,6 maqnitudalı zəlzələ olub
Region
16:35
COP31-in əsas mövzuları arasında Xəzər dənizinin problemləri də yer alır
Ekologiya