Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci 32 % artırıb
- 09 noyabr, 2026
- 17:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 243,366 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 32 % çoxdur.
Oktyabr ayında Türkiyə Azərbaycana 29,872 milyon ABŞ dolları dəyərində elektrik məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 56,3 % çoxdur.
Yanvar-oktyabr aylarında Türkiyənin elektrik məhsulları ixracının dəyəri illik müqayisədə 14,6 % artaraq 16,636 milyard ABŞ dollarına, oktyabr ayında isə 17,6 % artaraq 1,93 milyard ABŞ dollarına çatıb.
10 ayda Türkiyədən ən çox elektrik məhsulları idxalını Böyük Britaniya 1 milyard 644,957 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 11,7 % çox), ABŞ 1 milyard 446,659 milyon ABŞ dolları (+57,5 %) və Almaniya 1 milyard 300,854 milyon ABŞ dolları (+13,4 %) dəyərində həyata keçirib.