Göygöldə hərbi hissədə bədbəxt hadisə baş verib
Hadisə
- 12 sentyabr, 2015
- 06:58
Bakı. 12 sentyabr. REPORT.AZ/ Göygöldə N saylı hərbi hissədə bədbəxt hadisə baş verib.
"Report" xəbər verir ki, gecə saatlarında adıçəkilən hərbi hissənin aerodromunda gözətçi işləyən rayonun Balçılı kənd sakini, 1985-ci il təvəllüdlü Asəf Adil oğlu Hüseynov ağır vəziyyətdə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər huşsuz vəziyyətdə olan xəstəyə ilkin tibbi yardım göstərdikdən sonra vəziyyəti normallaşmağa başlayıb.
30 yaşlı gəncin hansı şəraitdə huşsuz vəziyyətə düşməsi hələlik məlum deyil. Onun üzərində hər hansı zorakılıq əlaməti və xəsarət aşkarlanmayıb.
Faktla bağlı aidiyyəti qurumlarda araşdırma aparılır.
Son xəbərlər
05:10
"Yonhap": Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
Digər ölkələr04:40
İndoneziya sahillərində güclü zəlzələ baş verib
Digər ölkələr04:10
Giresunda mikroavtobusla yük maşını toqquşub, 23 nəfər xəsarət alıb
Region03:45
FT: Britaniya hava limanlarındakı problem hərbi təyyarəyə görə yaranıb
Digər ölkələr03:18
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
Region02:48
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Digər ölkələr02:10
Fransanın şimalında qatar relsdən çıxıb, 40-dan çox insan xəsarət alıb
Digər ölkələr01:41
Serbiyada seçki prosesinin təqvimi açıqlanıb
Digər ölkələr01:37