Göyçayda məcburi köçkünü bıçaqlayan şəxsin istintaqı başa çatıb

Hadisə
  • 19 mart, 2020
  • 13:15
Göyçayda məcburi köçkünü bıçaqlayan şəxsin istintaqı başa çatıb
pexels.com

Göyçayda adam bıçaqlamaqda təqsirləndirilən Kamil Həsrətovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un məlumatına görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Bilal Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası aprelin 1-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Göyçay Texnologiya Kollecinin yaxınlığında baş verib.

Göyçay rayon sakini, 1994-cü il təvəllüdlü Həsrətov Kamil Famil oğlu Şuşa rayonundan olan məcburi köçkün, 1981-ci il təvəllüdlü Əmirov Azər Sabir oğlunun ürək nahiyəsindən 1 bıçaq zərbəsi vurub.

K.Həsrətova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.