Göyçayda ev yanıb
Hadisə
- 11 noyabr, 2019
- 08:01
Göyçayda yanğın olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Göyçayın Çayarxı kəndində qeydə alınıb.
Kənd sakini, 1969-cu il təvəllüdlü Feyzullayev Mikayıl Qoca oğluna məxsus ümumi sahəsi 100 kvadratmetr olan mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı ev və içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb.
Hadisə zamanı evə bitişik ümumi sahəsi 144 kvadratmetr olan talvar və onun altına yığılmış taxtalar da yanıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
01:31
Mask və Altman "Anthropic"in rəhbərinin süni intellekt inkişafını yavaşlatmaq çağırışını dəstəkləyirlər
İKT01:02
Gəncənin bir sıra ərazilərində qaz təchizatı məhdudlaşdırılıb
Energetika00:26
Foto
Video
İsmayıllıda avtomobil aşaraq yanıb, ölən və xəsarət alan var
Hadisə00:06
Hakan Fidan Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib
Region23:54
Bakının 8 Noyabr prospektində təmir işləri həyata keçiriləcək
İnfrastruktur23:48
Konnolli Trampa müharibənin normallaşdırılmasının qəbuledilməz olduğunu bildirib
Digər ölkələr23:42
Rusiyada gəmi sahil xəttinə çıxıb, kapitan ölüb
Region23:23
Kirill Budanov: Ukrayna oktyabrda sülh danışıqlarına hazırlaşır
Digər ölkələr22:57