Göyçay sakini həmkəndlisini avtomobillə vuraraq öldürüb
Hadisə
- 10 noyabr, 2016
- 08:31
Göyçay. 10 noyabr. REPORT.AZ/ Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə rayonun Potu kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini Zahid Əzizov idarə etdiyi "VAZ-21074" markalı avtomobillə yolu keçən həmkəndlisi Güləhməd Cavadovu vurub. Nəticədə ağır bədən xəsarətləri alan G.Cavadov Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, yaralıya qapalı kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrinin sınıq-çıxığı diaqnozu qoyulub: "Həkimlərin müdaxilələrinə baxmayarq onun həyatını xilas etmək mümkün olmayıb".
Göyçay Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən araşdırma aparılır.
Son xəbərlər
23:06
"Axios": Tramp Hörmüz boğazı ərazisinə məhdud zərbələr endirmək imkanını nəzərdən keçirir
Digər ölkələr22:46
Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb
Region22:34
"Mançester Siti" Entso Fernandes üçün rəsmi təklif göndərib
Futbol22:26
İsveç Fransadan 4,3 milyard avro dəyərində freqatlar alacaq
Digər ölkələr22:15
Foto
Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir
Milli Məclis22:05
Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
Futbol22:04
Foto
Naxçıvanda MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb
Elm və təhsil21:47
Böyük Kanyonda baş verən daşqında iki nəfər ölüb, 14 nəfər itkin düşüb
Digər ölkələr21:39