"Neftçi" xorvatiyalı Viçko Şeveli heyətinə qatıb
Futbol
- 31 avqust, 2026
- 21:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Neftçi" daha bir futbolçu transferini reallaşdırıb.
"Report" xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Xorvatiyalı Viçko Şevel "ağ-qaralar"ın yeni üzvü olub.
25 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. O, 88 nömrəli formanı geyinəcək. Əsas mövqeyi ilə yanaşı, müdafiənin mərkəzində və sağ cinahında da oynamağı bacaran Viçko Xorvatiya, Bosniya və Herseqovina, Rusiya, Sloveniya və Şotlandiya klublarında çıxış edib.
Sonuncu komandası "Dandi Yunayted"də ötən mövsüm ümumilikdə 40 matçda meydana çıxıb, 3 məhsuldar ötürmə müəllifi olub. 2026/2027 mövsümündə Şotlandiya çempionatının ilk 3 turunda, Şotlandiya Liqa Kubokunda isə 5 matçın hamısında forma geyinib.
Son xəbərlər
17:11
Amerikalı səyyah Qarabağın mənzərələrinin və tarixi abidələrinin gözəlliyini qeyd edib
Qarabağ17:09
Azərbaycan boksçusu Səma Abbasova U-17 Avropa çempionatında finala vəsiqə qazanıb
Fərdi17:05
Milyonlarla avro mənimsəmə, qanunsuz qərarlar və siyasi intriqalar: Fransa seçkilərinin pərdəarxası
Analitika17:04
Batut və tamblinq gimnastikası üzrə növbəti Azərbaycan birinciliyi keçiriləcək
Fərdi17:02
Foto
Azərbaycanla Almaniya iqtisadi əməkdaşlığı müzakirə edib
Biznes17:02
Kənan Mirzəliyev Azərbaycan Kubokunda 3700-cü qolu vurub
Futbol16:59
Filippinli səyyah Azərbaycanda dini tolerantlığı yüksək qiymətləndirib
Xarici siyasət16:52
Foto
"ASAN xidmət" təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub
Sosial müdafiə16:50
Foto