Gömrükçülər ayaqqabının dabanında narkotik aşkar edib
Hadisə
- 12 oktyabr, 2016
- 07:00
Bakı. 12 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında İrandan piyada gələn Azərbaycan vətəndaşının üzərində narkotik vasitələr aşkar edilib. Bu barədə “Report”a DGK-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, İdarənin “Qoşa Təpə” gömrük postunda sözügedən vətəndaşın ayaqqabısı rentgen qurğusunda yoxlanılarkən monitorda ayaqqabının hər bir tayının dabanında şübhəli predmetin təsviri görünüb. Təkrar baxış zamanı ayaqqabının dabanlarının oyuqlarında beş bükümdə, ümumi xalis çəkisi 2,915 qram olan heroin və xalis çəkisi 8,354 qram olan tiryək aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
15:44
Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı - ŞƏRH
Analitika15:44
Rövşən Rzayev vətəndaş qəbulu keçirib
Daxili siyasət15:35
Ekspert: Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq potensialı böyükdür
Xarici siyasət15:35
SOCAR və "Comstock Resources" strateji tərəfdaşlıq üzrə Niyyət Məktubu imzalayıb
Energetika15:33
"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb
Formula 115:33
ABŞ-də Orta Dəhlizin gücləndirilməsi perspektivləri müzakirə olunacaq
İnfrastruktur15:31
Foto
Avropa birinciliyində 15 medal qazanmış ağırlıqqaldıranlarla görüş keçirilib
Fərdi15:29
Gürcü jurnalist: Qarabağa səfəri səbirsizliklə gözləyirəm
Qarabağ15:29