Goranboyun Nizami kənd sakini: Aidiyyəti dövlət qurumları hadisəyə dərhal müdaxilə etdi

Hadisə
  • 02 sentyabr, 2026
  • 11:36
Goranboyun Nizami kənd sakini: Aidiyyəti dövlət qurumları hadisəyə dərhal müdaxilə etdi

Əvvəl qəfil alov göründü, daha sonra isə partlayış səsləri eşidildi.

Bunu "Report"un Qərb bürosuna açıqlamasında gecə saatlarında sursat anbarında partlayışın baş verdiyi Goranboy rayonu Nizami kəndinin sakini İnqilab Kazımov deyib.

Onun sözlərinə görə, hadisə zamanı aidiyyəti dövlət qurumları dərhal müdaxilə etdi:

"Evim partlayış olan ərazinin yaxınlığındadır. Əvvəl qəfil alov göründü, daha sonra isə partlayış səsləri eşidildi. İnsanlar dərhal yaxın ərazilərə təxliyə edildilər. Hazırda gördüyümüz qədər heç bir evə ziyan dəyməyib. Kənd əhalisi tam şəkildə təhlükəsiz əraziyə təxliyə olunub".

44 - Tezliklə