Gömrükçülər İranla sərhəddə 24 min siqaret aşkar edib
Hadisə
- 09 dekabr, 2016
- 07:33
Bakı. 9 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana birlikdə piyada gələn 3 nəfərin yükləri yoxlanılıb. “Report”un DGK-nın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Azərbaycan vətəndaşları özləri ilə gətirdikləri beş ədəd bağlamadan ibarət güldan yükünə sərnişin keçid xəttində “Heimann X-Ray” rentgen yük yoxlama qurğusunda baxış keçirilib.
Baxış zamanı beş ədəd bağlamada olan 20 ədəd güldanın içərisindən, gömrük nəzarətindən gizlədilmiş, Azərbaycanın aksiz markası ilə markalanmayan, 23 800 ədəd “Manchester” markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
01:53
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
Futbol01:35
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
Hadisə01:11
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
Xarici siyasət00:44
Tramp İrana nüvə zərbələri endirilməsini istisna edib - YENİLƏNİB
Digər ölkələr00:41
"Bloomberg": NATO İspaniya və Yunanıstandan "Patriot" raketlərinin Ukraynaya verilməsini tələb edir
Digər ölkələr00:13
Ankarada "Kültür Yolu" Festivalının açılışı Üzeyir Hacıbəylinin əsərləri ilə olacaq
Mədəniyyət siyasəti23:52
İsrail ordusu Qəzzada HƏMAS komandirini zərərsizləşdirib
Digər ölkələr23:33
Mirzoyan: Rusiya Ermənistan dəmir yolunun Türkiyə və Azərbaycan sərhədinədək bərpasını müzakirəyə hazırdır
Region23:20