Gömrükçülər Azərbaycan vətəndaşının cibindən narkotik vasitə tapıb

Hadisə
  • 01 mart, 2018
  • 06:27
Gömrükçülər Azərbaycan vətəndaşının cibindən narkotik vasitə tapıb
Customs.gov.az

Bakı. 1 mart. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Mazımçay" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı, avtomobilin sürücüsünün şalvarının cibində bir ədəd bükümdə, qablaşdırılması ilə birgə çəkisi 0,3 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə