Gömrükçülər Azərbaycan vətəndaşının çantasından pnevmatik tapança aşkar edib

Hadisə
  • 08 noyabr, 2016
  • 08:04
Gömrükçülər Azərbaycan vətəndaşının çantasından pnevmatik tapança aşkar edib

Bakı. 8 noyabr. REPORT.AZ/ Rusiyadan Dövlət Gömrük Komitəsinin (DGK) Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal piyada xəttinə daxil olan Azərbaycan vətəndaşının əl yükünə “Heimann X-Ray” texniki nəzarət vasitəsi ilə baxış keçirilib. Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumatda deyilir ki, yoxlama zamanı əl yükündə olan elektrik sobasının içərisindən hissələrə ayrılmış şəkildə 1 ədəd pnevmatik tapança aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.