Gəzinti qayığından xilas edilənlərin vəziyyətləri stabildir, gün ərzində evə buraxılacaqlar

Hadisə
  • 22 dekabr, 2023
  • 10:26
Gəzinti qayığından xilas edilənlərin vəziyyətləri stabildir, gün ərzində evə buraxılacaqlar

Gəzinti qayığından xilas edilənlərin vəziyyətləri stabildir, gün ərzində evə buraxılacaqlar.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat katibi Ruzbeh Məmməd bildirib.

Qeyd olunub ki, bu gün səhər saatlarında Xəzər dənizində baş verən hadisə nəticəsində xəsarət almış şəxslər (3 nəfər qadın olmaqla) KTm-ə hospitalizasiya olunub: "Mərkəzdə onlara zəruri tibbi xidmət göstərilib. Hazırda vəziyyətləri stabildir. Gün ərzində ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub".

44 filmi