Gəncədə yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub - YENİLƏNİB - FOTO
- 24 noyabr, 2019
- 16:05
Gəncədə 2 avtomobilin toqquşması nəticəsində xəsarət alanların şəxsiyyətləri məlum olub.
"Report"un Qərb Mərkəzi xəbər verir ki, bunlar Gəncə şəhər sakinləri - 1987-ci il təvəllüdlü Rövşən Əhmədov, 1995-ci il təvəllüdlü Amil Abdullayev, 1994-cü il təvəllüdlü Amin Tağıyev, 1998-ci il təvəllüdlü Məhərrəm Avazovdur.
Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
***19:30
Gəncə şəhərində 2 avtomobil toqquşub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin "Xan bağı" yaxınlığında qeydə alınıb.
"VAZ-2107" markalı avtomobillə "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.