Gəncədə təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, yaralılar var - YENİLƏNİB

Hadisə
  • 22 iyul, 2018
  • 19:34
Gəncədə təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, yaralılar var - YENİLƏNİB

Gəncə. 22 iyul. REPORT.AZ/ Gəncə şəhərində təcili tibbi yardım avtomobili ilə toqquşan "VAZ-21015" markalı avtomobildə xəsarət alanların kimlikləri məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, bunlar Əliyev Elnur (1984-cü il təvəllüdlü) və Əhməd Əhmədzadədir (1989-cu il təvəllüdlü).

Təcili tibbi yardım avtomobilində isə xəsarət alanın olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.


***23:04

Gəncədə təcili tibbi yardım avtomobili qəzaya uğrayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Nizami Gəncəvi prospektində baş verib.

Belə ki, təcili tibbi yardım avtomobili ilə "VAZ-21015" markalı avtomobilin toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.