Gəncədə Slovakiya vətəndaşının pulunu oğurlayan şəxs tutulub

Hadisə
  • 07 avqust, 2015
  • 07:12
Gəncədə Slovakiya vətəndaşının pulunu oğurlayan şəxs tutulub

Bakı. 7 avqust. REPORT.AZ/ Gəncədə Slovakiya vətəndaşının pulunu oğurlayan şəxs tutulub. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Slovakiya vətəndaşı Koniq Lyudviq Otto Robertə məxsus 1100 avronu oğurlayan Gəncə şəhər sakini, əvvəllər məhkum olunan Anar Əliyev tutulub.

Faktla bağlı araşdırma aparılır. 

44 - Tezliklə