Gəncədə sərnişin avtobusu qəzaya düşüb, yaralılar var - YENİLƏNİB
- 07 noyabr, 2018
- 12:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Gəncə. 7 noyabr. REPORT.AZ/ Gəncədə baş verən yol qəzasında xəsarət alan şəxslərin adı məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində Gəncə şəhər sakinləri, iki qardaş - 1976-cı il təvəllüdlü Natiq Əhmədov və 1978-ci il təvəllüdlü Fədail Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb və hər iki qardaşın vəziyyətinin orta-ağır olduğu bildirilir.
***12:19
Gəncə. 7 noyabr. REPORT.AZ/ Gəncə şəhərində sərnişin avtobusu qəzaya düşüb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində, baş verib.
Belə ki, şəhər daxilində sərnişin daşıyan "İsuzu" markalı avtobusla "VAZ-21015" markalı minik avtomobili ilə toqquşub. Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza nəticəsində bir neçə nəfərin xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırlılb.
Faktla bağlı araşdırma aparılır.