Gəncədə oğru ev sahibinə xəsarət yetirib
Hadisə
- 25 sentyabr, 2016
- 22:00
Gəncə. 26 sentyabr. REPORT.AZ/ Gəncədə oğru ev sahibini öncə döyüb, sonra isə bıçaqlayıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında baş verib.
Belə ki, həmin ərazidə yaşayan, 1961-ci il təvəllüdlü Şamil Məmmədov evinə oğurluğa girən naməlum şəxs tərəfindən döyülüb, sonra isə ayağından bıçaq zərbəsi alıb.
Hadisəni törədən oğru qaçıb. Səs küyə gələn qonşular onun yaralı olduğunu görərək təcili tibbi yardım çağırıblar. Ağır xəsarət alan şəxs Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Dərhal əməlliyat olunan yaralının vəziyyəti orta-ağır olaraq qalır.
Gəncə şəhər Baş Polis İdarəsindən faktla bağlı araşdırma aparıldığı bildirilib.
Son xəbərlər
03:53
"The Time": Körfəz ölkələri artıq ABŞ-nin "təhlükəsizlik çətiri"ni etibarlı saymır
Digər ölkələr03:21
CENTCOM: Hörmüz boğazında "Alqaya" tankerinə hücum edilib
Digər ölkələr02:46
"Anthropic", "OpenAI" və "Google" süni intellekt üzrə təşkilatın yaradılmasını müzakirə edirlər
Digər ölkələr02:09
Filippe Koutinyo "Santos" komandasına qoşulub
Futbol01:38
Metsola: Avropa Parlamenti Kanadada nümayəndəlik açacaq
Digər ölkələr01:13
Aleksandar Vuçiç vəzifəsindən istefa verəcəyi dəqiq tarixi açıqlayıb
Digər ölkələr00:42
Komorun Sərhəd Xidməti 116 qanunsuz miqrantı daşıyan gəmini saxlayıb
Digər ölkələr00:14
Ermənistanın Qarabağ reaksiyası sülh prosesində etimad problemini aktuallaşdırıb - ŞƏRH
Analitika00:00