Gəncədə 79 yaşlı kişini maşın vurub
Hadisə
- 25 avqust, 2016
- 17:24
Bakı. 25 avqust. REPORT.AZ/ Gəncə rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, 1937-ci il təvəllüdlü Sədrəddin Balaoğlan oğlu Cəfərov yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub.
Yaralı ətrafdakı insanların köməkliyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəstəxananın həkimi Mehman Hüseynovun bildiridiyinə görə, xəstəyə hər iki ayağın sınığı diaqnozu qoyulub və ona ilkin tibbi yardım göstərilib.
Hazırda 79 yaşlı kişinin vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Son xəbərlər
11:03
Ardıcıl 4-cü quru hesablı qələbəsini qazanan "Sabah" "Qarabağ"ın göstəricisini təkrarlayıb
Futbol11:01
"Bakcell"dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
İKT11:01
DSMF: 8 ayda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozu 6 %-dən çox üstələyib
Maliyyə10:52
Ali Məhkəmə: Yetkinlik yaşına çatmayanı cinayətə sövq edənin məsuliyyətə cəlbi üçün konkret səbəblər olmalıdır
Daxili siyasət10:50
Astaranın üç kəndinin qaz təchizatı dayandırılıb
Energetika10:45
"Araz-Naxçıvan" Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qolunu vurub
Futbol10:43
"Fitch": SOCAR Türkiyədəki fəaliyyətinə dair yekun investisiya qərarı qəbul edəcək
Energetika10:39
"Neftçi" Premyer Liqanın ilk 5 turunda ən məhsuldar komanda olub
Futbol10:32