Gəncədə 22 yaşlı gənc bıçaqlanıb
Hadisə
- 11 mart, 2016
- 21:09
Bakı. 12 mart. REPORT.AZ/ Gəncədə dava bıçaqlanma ilə nəticələnib.
"Report"un məlumatına görə, Gəncə şəhər sakini 1994-cü il təvəllüdlü Sənan Kənan oğlu Mərdanov tanış olduğu qıza görə, hələki, adı məlum olmayan şəxslə mübahisə edib. Daha sonra mübahisə davaya çevrilib və nəticədə Sənan Mərdanov bıçaqlanıb.
Ağır bədən xəsarətləri alan gənc dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Onun vəziyyəti ağır olduğundan əməliyyat edilib.
Cərrahiyyə şöbəsinin həkimi Bəxtiyar Əliyevin verdiyi məlumata görə, 22 yaşlı gəncin vəziyyəti orta ağır oaraq qiymətləndirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi qaldırılıb, hadisənin təfərrüatları araşdırlır.
Son xəbərlər
02:04
"Real" La Liqanın V turunda "Rayo Valyekano"nu darmadağın edib
Futbol01:42
Mask və Altman "Anthropic"in rəhbərinin süni intellekt inkişafını yavaşlatmaq çağırışını dəstəkləyirlər
İKT01:22
Foto
Video
İsmayıllıda ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanın kimliyi məlum olub - YENİLƏNİB
Hadisə01:02
Gəncənin bir sıra ərazilərində qaz təchizatı məhdudlaşdırılıb
Energetika00:06
Hakan Fidan Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib
Region23:54
Bakının 8 Noyabr prospektində təmir işləri həyata keçiriləcək
İnfrastruktur23:48
Konnolli Trampa müharibənin normallaşdırılmasının qəbuledilməz olduğunu bildirib
Digər ölkələr23:42
Rusiyada gəmi sahil xəttinə çıxıb, kapitan ölüb
Region23:23