Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri dəfn edilib
- 26 fevral, 2022
- 15:59
Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri vəfat edib.
"Report"un Qərb bürosunun məlumatına görə, Azərbaycanın aparıcı və nüfuzlu alimlərindən biri, Texnika elmləri doktoru, Beynalxalq Aqrar Təhsil Akademiyasının və Türk Dünyası ölkələr arası araşdırmalar akademiyasının həqiqi üzvü, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, akademik Xalid Hümbətəli oğlu Qurbanov 2022-ci il fevralın 26-da ömrünün 84-cü ilində dünyasını dəyişib.
Mərhum bu gün “İmamzadə” qəbirstanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri və mərhumun yaxınları iştirak ediblər.
Qeyd edək ki, texnika elmləri doktoru, professor Xalid Hümbətəli oğlu Qurbanov 10 dekabr 1938-ci ildə Nüvədi Kəndində anadan olub.
Prezident İlham Əliyev tərəfindən "Tərəqqi" medalı və Əməkdar Müəllim adına layiq görülmüşdür.
Allah rəhmət eləsin!