Gədəbəydə minik avtomobili ağaca çırpılıb, ölənlər var - YENİLƏNİB

Hadisə
  • 07 oktyabr, 2023
  • 17:08
Gədəbəydə minik avtomobili ağaca çırpılıb, ölənlər var - YENİLƏNİB

Gədəbəydə iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "Nissan" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, 2003-cü il təvəllüdlü Əli Süleymanlı və 1997-ci il təvəllüdlü Rasim Gülməmmədov aldıqları xəsarətlərdən dünyasını dəyişib.

Avtomobilin sürücüsü olan 1989-cu il təvəllüdlü Orxan Allahverdiyev isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

21:05

Gədəbəydə minik avtomobili ağaca çırpılıb, ölən və yaralanan var.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gədəbəy rayonunun Qaradağ kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin həmin əraziyə ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Nissan” markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər yaralı vəziyyətdə, 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.