Füzulidə silah-sursat aşkarlandı
Hadisə
- 12 mart, 2021
- 12:27
İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti belə tədbirlər zamanı erməni hərbi birləşmələrinin ataraq qaçdığı 20 ədəd “SPİKE” markalı tank əleyhinə idarəolunan raket kompleksi, 2 ədəd “SPQ-9” markalı tank əleyhinə raket kompleksi, 11 ədəd müxtəlif markalı piyada əleyhinə raket kompleksləri, 2 ədəd qumbaraatan, 78 ədəd qumbaraatan mərmisi, 6 ədəd avtomat sandığı və 330 ədəd pulemyot güllələri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Füzulidə silah-sursat aşkarlandı
Son xəbərlər
12:41
Zaur Mikayılov: "Əsas hədəf hər kubmetr sudan daha yüksək məhsuldarlıq əldə etməkdir"
İnfrastruktur12:39
Seneqal yığmasının qapıçısı Eduard Mendi İraqla matçda oynamayacaq
Futbol12:39
Şimali Kipr parlamentinin sədri: Adadakı problemin həlli iki suveren dövlətin tanınmasından keçir
Xarici siyasət12:33
DSMF sədri: "Son 6 ildə vətəndaşların sosial müdafiə ilə bağlı müraciətləri 60 % azalıb"
Sosial müdafiə12:32
ADSEA: 166 min hektar ərazinin su təminatı yaxşılaşdırılacaq
ASK12:31
Gələn həftə direktorların işə qəbulu üzrə elektron qeydiyyatı başlayacaq
Elm və təhsil12:28
Zaur Mikayılov: "Pambıq əkinlərinin suvarılması dövlət nəzarətində saxlanılır"
ASK12:27
Vüsal Qurbanov: "Könüllü sığorta məhsulları vahid paketdə təqdim olunacaq"
Maliyyə12:24