Füzuli və Beyləqanda yanğın olub

Hadisə
  • 13 iyul, 2015
  • 02:25
Füzuli və Beyləqanda yanğın olub

Bakı. 13 iyul. REPORT.AZ/ Füzuli və Beyləqan rayonlarında yanğın hadisələri baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Füzuli rayonunun Alxanlı və Aşağı Kürdmahmudlu kəndlərində heqtarlarla biçilmiş taxıl sahəsi yanıb.

Beyləqan rayonunda isə həyətyanı sahədə bağlanan 25 ton ot bağlaması yanıb.