FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqləri keçirib

Hadisə
  • 15 noyabr, 2025
  • 12:07
FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqləri keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi tərəfindən Qaradağ rayonunda yerləşən "Holcim Azərbaycan" ASC-də və Yasamal rayonunda yerləşən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində obyekt mülki müdafiə, Xətai və Səbail rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqləri keçirilib.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Bildirilib ki, məşqlərin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Tədbirlər zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Uğurla reallaşdırılan məşqlərdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Son xəbərlər

Bütün Xəbər Lenti