FHN: İntihar edən gəncin meyiti batdığı yerdən 300 metr aralıda tapılıb

Hadisə
  • 09 yanvar, 2018
  • 13:47
FHN: İntihar edən gəncin meyiti batdığı yerdən 300 metr aralıda tapılıb
Report

Bakı. 9 yanvar. REPORT.AZ/ FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, yanvarın 8-də 1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlu Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində batıb.

FHN-dən "Report"a daxil olan məlumata görə, yanvarın 9-da M.Cahangirovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən batdığı yerdən 300 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.