FHN Bakıda baş verən partlayışla bağlı məlumat yayıb
Hadisə
- 30 yanvar, 2015
- 18:28
BAKI. 30 yanvar. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən partlayışla bağlı məlumat yayıb.
"Report"-un Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nəsimi rayonunda birmərtəbəli çoxmənzilli kommunal tipli yaşayış binasında məişət qazının sızması nəticəsində partlayış hadisəsi baş verib.
Yanğın hadisəsi olmayıb. Partlayış nəticəsində mənzillərin qapı və pəncərələri çərçivədən çıxıb, arakəsmə divarları uçub. Hadisə zamanı 1 nəfər yüngül yanıq xəsarəti alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Son xəbərlər
09:52
Qarabağ və Şərqi Zəngəzurda uşaqlar üçün yaradıcılıq ustad dərsləri keçiriləcək
İncəsənət09:41
Qusarda Aqrar Biznes və I İntensiv Meyvə Bağları festivalları keçiriləcək
ASK09:38
Qeyri-sabit hava şəraitinə baxmayaraq ölkədə epidemioloji durum nəzarət altındadır - RƏSMİ
Sağlamlıq09:29
İmişlidə yanğın törədən şəxs saxlanılıb
Hadisə09:27
Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb
Hadisə09:25
Yaponiya Putinin İturupa səfərinə görə Rusiyaya qəti etirazını bildirib
Digər ölkələr09:23
PUA hücumundan sonra Salavat sənaye zonasında yanğın baş verib
Region09:16
Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirin qalibi olublar
Komanda09:15