Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb

Hadisə
  • 14 noyabr, 2025
  • 18:53
Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb

Ölkə xaricində yaşayan Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb.

"Report" xəbər verir ki, Baş Prokurorluğun bununla bağlı rəsmi təqdimatı İctimai Televiziyada (İTV) yayılıb.

Qeyd olunub ki, Cinayət Məcəlləsinin 467-13.4-cü maddəsinə uyğun olaraq, Ə.Orucluya Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılmasına dair rəsmi bildiriş göndərilib.

Bildirişə əsasən, Ə.Oruclu 2025-ci il noyabrın 21-də 14:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.

Onun barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. Lakin Ə.Oruclu istintaqdan qaçaraq Azərbaycandan kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin bu il 23 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Sentyabrın 18-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Ə.Oruclu barəsində Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılıb.

Bildirilib ki, ki, o, 2023-cü il yanvarın 4-də "YouTube" internet platformasında "Ərəstun Oruclunun kanalı" adlı kanalda və 2024-cü il oktyabrın 24-də "Azərfreedom TV" adlı kanalda qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar edib və yayıb.

Təqsirləndirilən şəxsə qiyabi icraatın açıla biləcəyi, qiyabi hökmün və məhkəmənin digər qərarının çıxarılacağı barədə xəbərdarlıq edilib.

Xəbərdarlıq edilib ki, çağırışa gəlmədiyi halda barəsində qiyabi icraat açıla, qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı çıxarıla bilər.

Son xəbərlər

Bütün Xəbər Lenti