“AtaSığorta”nın əməkdaşları şirkətə 90 min manat ziyan vurub, sədr polisə şikayət edib

Hadisə
  • 28 fevral, 2017
  • 06:29
“AtaSığorta”nın əməkdaşları şirkətə 90 min manat ziyan vurub, sədr polisə şikayət edib

Bakı. 28 fevral. REPORT.AZ/ “AtaSığorta” şirkətinin İdarə Heyətinin sədri Müseyib Əliyev polisə yazılı şikayət edib.

“Report”un xəbərinə görə, Səbail Rayon Polis İdarəsinə müraciət edən şirkət rəhbəri 3 nəfər sığorta mütəxəssisinin şirkətin ümumilikdə 90 min manat pulunu mənimsəməsi barədə məlumat verib. Belə ki, həmin sığorta mütəxəssisləri 2015-2016-cı illər ərzində həyata keçrdikləri sığorta əməliyyatlarında əldə etdikləri vəsaitləri “AtaSığorta”nın kassasından gizlədərək şirkətə külli miqdarda ziyan vurublar.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, “AtaSığorta” şirkəti 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 12,4 mln. manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.

44 - Tezliklə