DYP: "Sürücü normal vəziyyətdə avtomobil idarə etməsə, polisə məlumat verilsin"
Hadisə
- 03 fevral, 2022
- 12:17
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Sərnişinlərdən xahiş edirik, sürücünün normal vəziyyətdə avtomobil idarə edə bilmədiyini və onun adekvat hərəkətlər etmədiyini gördükdə mütləq qaydada polisə məlumat versinlər".
Bunu "Report"a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.
O bildirib ki, hər hansı şəxsin belə anlaqsız vəziyyətdə avtomobil idarə etməsi həm sərnişinlərin, həm də digər insanların həyatı üçün olduqca təhlükəlidir: "Bir daha vətəndaşlardan bu kimi hallara xüsusilə məsuliyyət hissi ilə yanaşmağı xahiş edir və sürücüləri sərxoş halda avtomobil idarə etməkdən çəkinməyə çağırırıq".
Son xəbərlər
22:21
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
Komanda22:18
Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər
Digər ölkələr22:05
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
Region21:50
Bodrum sahillərində qeyri-qanuni miqrantlar saxlanılıb
Region21:46
Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək
Digər ölkələr21:35
Türkiyədə İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Region21:24
Pakistan Fatah-4 qanadlı raketinin uğurlu sınağını keçirib
Region21:16
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
Region20:57