DYP Qubada reyd keçirib, 40-dan çox sürücü cərimələnib - FOTO
Hadisə
- 10 may, 2017
- 09:45
Quba. 10 may. REPORT.AZ/ Quba Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları rayon ərazisində reyd keçirib.
“Report”un Şimal bürosu xəbər verir ki, rayonun bir neçə ərazisində 3 saat ərzində keçirilən reyd zamanı 40-dan çox yol hərəkəti qaydalarının pozulması faktı aşkarlanıb. Onlardan biri avtomobili sərxoş vəziyyətdə idarə edən, biri sürücülük vəsiqəsi olmayan, beşi sərnişin daşıma qaydalarını pozan, biri fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olan və digər yol hərəkəti qaydalarını pozan sürücülər olub.
Reydin keçirilməsində əsas məqsəd yol-nəqliyyat hadisələrinin qarşısını almaq və yollarda təhlükəsizliyin təmin olunmasıdır.
Reydlərin mütəmadi keçirilməsi planlaşdırılır.
Son xəbərlər
11:49
Əfqan İsayev Nyu-Yorkda metan emissiyalarının azaldılmasına dair müzakirələrə qatılıb
Energetika11:44
Foto
İlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib
Xarici siyasət11:41
Foto
Azərbaycan Atletika Federasiyasında məşqçilər üçün seminar başa çatıb
Fərdi11:37
"Kredit Evi"nin səhmdarlarının yığıncağının vaxtı dəyişib
Maliyyə11:34
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı növbəti dəfə təxirə salınıb
Maliyyə11:30
Foto
Azərbaycanın şahmat hakimi Ülkər Umudova FİDE-nin xüsusi mükafatına layiq görülüb
Fərdi11:26
Gürcüstanın strateji valyuta ehtiyatları 8 milyard dolları keçib
Maliyyə11:24
Arzu Nağıyev: Hərbçilərin maaşlarının artırılması üçün illik 550 milyon manatadək vəsait nəzərdə tutulur
Milli Məclis11:22