"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı növbəti dəfə təxirə salınıb
- 25 sentyabr, 2026
- 11:34
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azər-Türk Bank" ASC-nin səhmdarlarının sentyabrın 28-də, saat 12:00-da keçirilməsi planlaşdırılan növbəti ümumi yığıncağı təxirə salınıb.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir.
Məlumata görə, ümumi yığıncağın yeni tarixi barədə məlumat veriləcək.
Xatırladaq ki, yığıncağın bundan əvvəl avqustun 25-də keçirilməsi planlaşdırılırdı, daha sonra tarix sentyabrın 28-nə dəyişdirilmişdi.
Xatırladaq ki, "Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100,5 milyon manatdır. Bankın səhmlərinin 51 %-i Dövlət Neft Şirkətinə (SOCAR), 24%-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.