DTX əməliyyat keçirib, casusluqda şübhəli bilinən şəxs həbs olunub
Hadisə
- 04 noyabr, 2017
- 10:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 noyabr. REPORT.AZ/ Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən araşdırmalar nəticəsində Azərbaycan vətəndaşlarını ölkədən kənara çıxararaq xarici dövlətin xüsusi xidmət orqanı əməkdaşlarının əlaqəsinə verməkdə, maddi maraq müqabilində casusluq formasında dövlətə xəyanət etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Miryusif Mirmahmud oğlu Soltanov saxlanılıb.
Bu barədə "Report"a DTX-nin İctimai əlaqələr şöbəsindən məlumat verilib.
Miryusif Soltanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə cinayət məsuliyyətinə cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Son xəbərlər
06:42
Tramp müttəfiqlərə sursat tədarükünün müvəqqəti dayandırıldığını açıqlayıb
Digər ölkələr
06:05
BMT-də Azərbaycanın işgəncələrə qarşı beynəlxalq müqavilələrə sadiqliyi diqqətə çatdırılıb
Xarici siyasət
05:48
BMT-nin Baş katibliyinə namizəd təşkilatda genişmiqyaslı islahatların aparılmasına çağırış edib
Digər ölkələr
05:16
ABŞ-də məktəbdə atışma baş verib, dörd nəfər həlak olub - yenilənib
Digər ölkələr
04:43
ABŞ-nin "George H.W. Bush" təyyarədaşıyan gəmisi Ərəbistan dənizinə qayıdıb
Digər ölkələr
04:09
BMT-də Azərbaycanın Cənub-Cənub əməkdaşlığına verdiyi önəmdən bəhs olunub
Xarici siyasət
03:18
Slovakiyada "Moxovtse" AES-nin yeni bloku enerji şəbəkəsinə qoşulub
Digər ölkələr
02:43
İraqda ilk dəfə Türkman Cəbhəsinin lideri nazir olub
Digər ölkələr
02:24
Albaniyada etirazçılar İqtisadiyyat Nazirliyinin binasına giriblər
Digər ölkələr