Dolu Goranboyun kəndlərinə ciddi ziyan vurub - FOTO
Hadisə
- 20 iyun, 2017
- 21:51
Goranboy. 21 iyun. REPORT.AZ/ Goranboy rayonuna dolu yağıb.
"Report"un Qərb bürosuna məlumatına görə, rayonun Safıkürd, Tatarlı kəndlərinə iri buz parçaları yağıb.
Yerli sakinlər bildiriblər ki, yağıntı əvvəl dolu, ardından leysan yağışa çevrilib. Təbiət hadisəsi zamanı əsasən meyvə ağacları ziyan çəkib.
Leysan yağış küləklə müşahidə olunduğundan kəndlərə elektrik enerjisinin verilişində də fasilələr yaranıb. Sakinlər güclü yağışdan sonra ərazidən axan Qaraçayda sululuğun artmasını müşahidə ediblər.
Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti davam edir.
Son xəbərlər
04:22
Çində güclü zəlzələ olub
Digər ölkələr03:45
ÜST: Konqoda Ebola virusuna yoluxanların sayı 5 min nəfəri keçib
Digər ölkələr03:16
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki nümayəndəsinə sanksiya tətbiq edib
Digər ölkələr02:58
BƏƏ İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
Digər ölkələr02:37
Barro: Fransa İranın iki diplomatını ölkədən çıxarır
Digər ölkələr02:03
CNN: Tramp İranla danışıqların dayandırılmasını əmr edib
Digər ölkələr01:36
"Apple" AK-nın şərhlərindən sonra "App Store"un qaydalarına dəyişiklik edir
İKT01:18
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
Digər ölkələr00:49