DİN vətəndaşın Polis Bölməsində ölümünə dair rəsmi məlumat yayıb

Hadisə
  • 13 may, 2016
  • 07:48
DİN vətəndaşın Polis Bölməsində ölümünə dair rəsmi məlumat yayıb

Bakı. 13 may. REPORT.AZ/ Daxili İşlər Nazirliyi vətəndaşın Polis Bölməsində ölümünə dair rəsmi məlumat yayıb. 

"Report" nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, mayın 12-də Xəzər rayonunun Şüvəlan qəsəbə sakini Əli Rüstəmzadə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək mayın 11-də qəsəbə ərazisində Zaur adlı şəxsin bir neçə nəfərlə birgə onu, həmyerliləri Afəddin Hüseynovu və qardaşı Elməddini xuliqanlıq zəminində döyməsini bildirib. 

Araşdırma ilə əlaqədar 1-ci Polis Bölməsinə dəvət olunmuş qəsəbə sakini Zaur Sultanov Polis Bölməsinin həyətindəki oturacaqda infarktdan ölüb. 

Mərhumun dayısı Əlihüseyn Zeynalov izahatında Z.Sultanovun ürək xəstəliyindən əziyyət çəkdiyini bildirib. 
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.