DİN Goranboyda pambıqçıları daşıyan avtobusun aşması ilə bağlı məlumat yayıb

Hadisə
  • 28 oktyabr, 2017
  • 08:04
DİN Goranboyda pambıqçıları daşıyan avtobusun aşması ilə bağlı məlumat yayıb

Bakı. 28 oktyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Goranboyda pambıqçıları daşıyan avtobusun aşması ilə bağlı məlumat yayıb.

“Report”un xəbərinə görə, məlumatda bildirilib ki, oktyabrın 27-də saat 17 radələrində Goranboy rayonunun Nadirkənd kəndi ərazisində Sarovlu kənd sakini Sabir Mahmudov idarə etdiyi “İsuzu” markalı avtobusu aşırıb. Nəticədə S.Mahmudovun sərnişinlərindən 14 nəfəri xəstəxanaya yerləşdirilib, onlardan 11-nə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digər 3 nəfərin müalicəsi davam edir.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

44 - Tezliklə