Dənizdə çimərkən boğulmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas olunub

Hadisə
  • 06 iyul, 2016
  • 16:41
Dənizdə çimərkən boğulmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas olunub

Bakı. 6 iyul. REPORT.AZ/ Xəzər dənizində çimərkən boğulmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas olunub. "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Səbail rayonunda (məntəqə ərazisində) 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. 

Dərhal xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər. 

Əməliyyat saat 15:20-də başa çatıb.