Dələduzluqda təqsirləndirilən şəxs 11 il müddətinə azadlıqdan məhrum edilib

Hadisə
  • 07 noyabr, 2016
  • 09:23
Dələduzluqda təqsirləndirilən şəxs 11 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 7 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Arzuman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Tamella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittihama görə, A.Əliyev iş adamı Rüfət Vəliyevi dövlət qurumunda vəzifəyə təyin etmək adı ilə ona məxsus külli miqdarda əmlakı ələ keçirib. Bundan başqa, o, həmin ilin yayında iş adamı Etibar Kərimovun etibarından istifadə edərək ona küllü miqdarda ziyan vurub. 2007-2008-ci illərdə isə o, iş adamları Nazim Tahirova və Elbrus Məmmədova məxsus küllü miqdarda əmlakı mənimsəyərək talan edib.

44 - Tezliklə