Daşkəsəndə sel fəsadlar törədib
Hadisə
- 30 iyun, 2023
- 16:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Daşkəsənə yağan intensiv leysan qısa müddətdə çaylarda daşqınlara səbəb olub.
"Report"un Qərb bürosunun məlumatına görə, Daşkəsən şəhərindən, rayonun Qabaqtəpə, Əmirvar, Gurbulaq, Dəstəfur, Alaxançallı, Xoşbulaq, Çovdar, Çanaqçı və Qaraqullar kəndlərindən sel keçir, ərazidəki çaylar məcrasından çıxaraq daşıb.
Rayonun yol infrastrukturu, elektrik xətləri, fərdi yaşayış evləri, əkin sahələri, heyvandarlıq və arıçılıq təsərrüfatlarına ciddi ziyan dəyib.
Dağlardan iri qaya parçaları və palçıq kütlələri avtomobil yollarına töküldüyündən nəqliyyatın hərəkəti tamamilə dayanıb. Bəzi yaşayış evlərinə su dolub.
Ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.
Son xəbərlər
03:25
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Digər ölkələr
03:04
İranın Qeşm adası yaxınlığında partlayış səsləri eşidilib
Region
02:46
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub
Digər ölkələr
02:14
Tramp ABŞ-İran danışıqlarının davam etdiyini bildirib
Digər ölkələr
01:49
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub
Region
01:41
Fransada etirazlar zamanı təhlükəsizliyi 70 000 asayiş keşikçisi təmin edəcək
Digər ölkələr
01:17
ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib
Digər ölkələr
00:46
ICF-nin gələnilki qitə çempionatlarına ev sahibliyi edəcək ölkələr müəyyənləşib
Komanda
00:30
Rubio G7-nin XİN başçılarının görüşündə iştirak üçün Parisə səfər edəcək
Digər ölkələr