Daşkəsəndə minik və yük avtomobili toqquşub, xəsarət alanlar var 

Hadisə
  • 21 oktyabr, 2022
  • 06:04
Daşkəsəndə minik və yük avtomobili toqquşub, xəsarət alanlar var 

Daşkəsən rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Bayan kəndində qeydə alınıb.

Belə ki, minik avtomobili ilə yük maşını toqquşub. Hadisə nəticəsində 1983-cü il təvəllüdlü A.Quliyev və 1983-cü il təvəllüdlü Ə.Rzayeva xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım maşınları və Dövlət Yol Polisi əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə