​Daşkəsəndə azyaşlının əli ətçəkən maşınında qalıb

Hadisə
  • 07 iyun, 2015
  • 21:30
​Daşkəsəndə azyaşlının əli ətçəkən maşınında qalıb

Bakı. 8 iyun. REPORT.AZ/ Daşkəsən rayonunda 1 nəfər azyaşlının əli ətçəkən maşınında qalıb.

“Report” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, xəsarət alan azyaşlı Gəncə şəhəri, Kəpəz rayonundakı xəstəxanaya gətirilib və bu haqda Gəncə Regional Mərkəzinə məlumat verilib.

FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib və köməksiz vəziyyətdə qalmış azyaşlının əlini ətçəkən məişət avadanlığından çıxarıb və onu aidiyyəti üzrə təhvil veriblər.